Türkiyə Futbol Federasiyası (TFF) Türkiyə - Rumıniya matçının 26 mart 2026-cı il tarixində, cümə axşamı günü Beşiktaş Parkda oynanılacağını açıqladı.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, TFF bununla bağlı açıqlama yayıb.
Açıqlamada bu sözlərə yer verilib:
"Milli komandamız 2026-cı il FİFA Dünya Kuboku seçmə mərhələsinin pley-off mərhələsinin yarımfinalında İstanbulda Rumıniya ilə evdə qarşılaşacaq. Beşiktaş Parkında keçiriləcək oyun 26 mart 2026-cı il, cümə axşamı günü başlayacaq."
Fərid
MİA.AZ