Türkiyə futbolunda qanunsuz qumar oyunları ilə bağlı "Fənərbağça"nın futbolçusu Mert Hakan Yandaş və "Qalatasaray"ın futbolçusu Metehan Baltacı həbs olundu.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, istintaq çərçivəsində saxlanılan və xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilən futbol şərhçisi və keçmiş hakim Ahmed Çakarın müalicəsi davam edir.
Onun müalicəsi başa çatdıqdan sonra məhkəmə qarşısına çıxarılacağı gözlənilir.
İstanbul Prokurorluğu ümumilikdə 37 nəfərin saxlanılaraq məhkəməyə göndərildiyini açıqlayıb.
Fərid
MİA.AZ