"Liverpul"da baş məşqçi Arne Slot ilə məşhur hücumçu Məhəmməd Salah arasında gərginlik böyüyür

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qəzəblənən Baş məşqçi Məhəmməd Salahı bu gün "Liverpul"un  Çempionlar Liqasında İtaliyanın "İnter" komandaıs ilə oyunun heyətinə daxil etməyib.

Məlumata görə, buna səbəb onun şənbə günü "Lids Yunayted"lə 3-3 hesablı heç-heçədən sonra mətbuata açıqlamasında 13 dekabrda "Brayton Houv Albion"la oyundan sonra klubla vidalaşacağı haqda açıqlama verməsi olub. 

O, klubu vədləri pozmaqda və ardıcıl üç oyun onu ehtiyatda saxlanmasını anlaya bilmədiyini deyib: "Çox məyus oldum. Bu klub üçün çox şeylər etdim. İndi ehtiyat oyunçular skamyasında oturmuşam və niyə axı? Bunun səbəbini bilmək haqqım var.  Sanki klub məni avtobusun altına atıb. Özümü belə hiss edirəm.".

Britaniya mediası yazır ki, yaranmıçş vəziyyətdən sonra 33 yaşlı hücumçu 21 dekabrda başlayacaq Afrika Millətlər Kubokunda Misir millisinin düşərgəsinə qatılacaq: "Salah həmin matçdan sonra Səudiyyə Ərəbistanı komandasına transfer oluna bilər. "Əl Hilal" onu transfer etməyə hazırdır".

Fərid ASLAN

MİA.AZ