Türkiyə Super Liqasının 15-ci turunda "Beşiktaş" doğma meydanında "Qaziantep"lə qarşılaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul komanası azarkeşlərinin qarşısında rəqibə qlaib gələ bilməyib.
Matç bərabərə bitib - 2:2.
Oyunda "Qaziantep"in qapıçısı Zafer Görgen 11 real qol imkanlarının qarşısını alıb.
Lakin diqqətçəkən məqam budur ki, matçda hesabı "Qaziantep" 7-ci dəqiqədə açıb.
"Beşiktaş" 35-ci dəqiqədə hesaba tarazılıq gərtirb - 1:1.
"Qaziantep" 66-cı dəqiqədə hesabda yenidən önə çıxıb. 4 dəqiqə sonra isə "Qara qartal" heabı təkrar bərabərləşdirib - 2:2.
Fərid ASLAN
MİA.AZ