İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində saxlanılan 37 şübhəli haqqında bu gün hakim qərar verəcək.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onların arasında "Qalatasaray"ın futbolçusu Metehan Baltacı, "Fənərbağça"nın yarımmüdafiəçisi Mert Hakan Yandaş, baş hakim Zorbay Küçük, "Adana Demirspor"ın keçmiş prezidenti Murat Sancakın da aalarında olduğu 37 şübhəli tibbi müayinədən keçirilib.
Məlumata əsasən, onlar az əvvəl bu gün məhkəməyə sövq edilib.
Məlumatda o da deyilir ki, istintaq çərçivəsində saxlanılan və dünən isə qəfildən səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilən futbol şərhçisi və keçmiş hakim Ahmet Çakarla bağlı iş isə ayrılıb.
Fərid ASLAN
MİA.AZ