"Fənərbağça"da daha bir oyunçu heyətdən kənarlaşdırılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İrfan Can Kahveci və Cenk Tosundan sonra braziliyalı müdafiəçi Rodrigo Becao da məşqçilər heyətinin qərarı ilə heyətdən uzaqlaşdrılıb.
Yyaılan xəbər "Fənərbağça" lubu tərəfindən təsdiqlənib. Bildirilib ki, qərar qeyri-müəyyən müddətə qədər davam edəcək.
Türkiyə mediası isə yazır ki, Rodrigo Becao zədədən sonra zəif performans göstərir deyə məşqçilər heyəti ona irad tutub: "Brazilyalı müdafiəçi isə biu iradı qəbul etməyib. Bu səbəbdən onlar arasında gərginlik böyüyüb və oyunçunun heyətdən kənarlaşmasına qərar verilib".
Məlumatda deyilir ki, qış transfer pəncərəsində onun satılması üçün variantlar axtarılacaq.
Fərid ASLAN
MİA.AZ