AXCP sədrinin müşaviri Məmməd İbrahimin barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğvi ilə bağlı şkayətinə bu gün Apellyasiya Məhkəməsində baxılıb.
Mia.az xəbər verir ki, məhkəmə onun şikayətini təmin etməyib.
Xatırladaq ki, Məmməd İbrahim barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, DTX tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Hər iki şəxs Ramiz Mehdiyev barəsində DTX-də başlanılmış cinayət işi çərçivəsində saxlanılıb.