İsrail ordusu rəsmən Fələstin ərazisi sayılan İordan çayının Qərb sahilində qan töküb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün səhər Qalqilyanın şərqində yerləşən Azzun şəhərinin əsas girişində yerləşən İsrail əsgərləri Qalqilya-Nablus yolunda hərəkət edən bir nəqliyyat vasitəsinə atəş açıblar.
Fələstin Qırmızı Aypara Cəmiyyətindən bildirilib ki, nəticədə bir fələstinli mülki şəxs hadisə yerində ölüb, iki nəfər isə yaralanıb: "Yaralılardan birinin vəziyyət ağırdır".
Məlumata görə, İsrail əsgərləri Ceninin qərbində yerləşən Berkin şəhərinə basqın zamanı da fələstinlilərə atəş açıblar: "Bu hadisədə isə 12 yaşlı bir oğlan dizindən güllə yarası alıb".
Tahir Şəlvəli
MİA.AZ