"Karvan-Yevlax" Futbol Klubunun (FK) yeni baş məşqçisi Füzuli Məmmədov bugünki mətbuat konfransında gələcək perspektivlər və iş planlarından danışıb.

Mia.az xəbər verir ki, bu gün "Şamaxı"ya 0-3 hesablı  məğlubiyyətə baxmayaraq, yeni baş məşqçi komandasının növbəti oyunlara hazırlığına diqqət ayırdığını vurğulayıb.

Mia.az-ın əməkdaşının sualına cavabında Baş məşqçi Füzuli Məmmədov bildirib ki, komandanın fiziki hazırlığı ilə yanaşı, psixoloji olaraq əhvali-ruhiyyəsini də yüksəltməyi düşünür.

Əməkdaşımız maraqlanıb ki, adətən məğlubiyyətin sonu baş məşqçinin istefaya göndərilməsi ilə nəticələnir. Sponsorların belə yanaşmasını nə dərəcədə doğru hesab etmək olar?

F.Məmmədovun nikbin danışıb. Deyib ki, qarşıdakı oyunlarda uğurlar əldə edəcəyinə inanır.

Daha bir sualımıza cavabında yeni baş məşqçi uzaq hədəflərə çatmaq üçün komandada hansısa yerdəyişmə, əvəzləmə etmədən, sadəcə davamlı məşqlər və fiziki hazırlığın gücləndirilməsi istiqamətində işlərin nəzərdə tutulduğunu qeyd edib.

Zülfiyyə Mustafayeva

MİA.AZ