Bu gün 2026-cı ilin iyunun 11-də başlayacaq dünya çempionatının final mərhələsinin püşkü atılıb.

Mia.az xəbər verir ki, ABŞ, Kanada, Meksikada keçiriləcək yarışda 12 qrup üzrə rəqiblər bəlli olub:

A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, UEFA D yolunun qalibi (Danimarka-Şimali Makedoniya/Çexiya-İrlandiya)

B qrupu: Kanada, İsveçrə, Qətər, UEFA A yolunun qalibi (İtaliya-Şimali İrlandiya/Uels-Bosniya və Herseqovina)

C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti

D qrupu: ABŞ, Avstraliya, Paraqvay, UEFA C yolunun qalibi (Türkiyə-Rumıniya/Slovakiya-Kosovo)

E qrupu: Almaniya, Ekvador, Fildişi Sahili, Kurasao

F qrupu: Niderland, Yaponiya, Tunis, UEFA B yolunun qalibi (Ukrayna-İsveç/Polşa-Albaniya)

G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya

H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde

I qrupu: Fransa, Seneqal, Norveç, FIFA qitələrarası pley-off 2-ci (Boliviya-Surinam/İraq)

J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya

K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, FIFA qitələrarası pley-off 1-ci (Yeni Kaledoniya-Yamayka/Konqo Demokratik Respublikası)

L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana

Fərid

MİA.AZ