UEFA "Fənərbağça"nın futbolçusunu cəzalandırıb.

Mia.az Türkiyə mətbuatlna istinadla xəbər verir ki,  ali futbol qurumu İstanbul klubunun  kolumbiyalı ulduzu Con Durana iki oyunluq cəza verib.

Məlumata görə, buna səbəb onun UEFA Avropa Liqasında "Ferensvaroş"la matçda qırmızı vərəqə alması olub.

Bu qərardan sonra Duran "Brann" və keçmiş komandası "Aston Villa" ilə matça çıxa bilməyəcək.

Fərid ASLAN

MİA.AZ