"2026-cı ildə Dünya Kubokunu yenə qazanmaq istəyirik".

Mia.az Türkiyə mətbuatlna istinadla xəbər verir ki, bu sözləri argentinalı hücumçu Lionel Messi gələn ilin yayında keçirləcək Dünya Çempionatı (DÇ-2026a) haqqında müsahibəsində deyib.

Argentinalı futbolçu güclü heyətinə sahib olduqlarını xüsusi qeyd edib və bildirib ki, o da azarkeşlər kimi bu yarışı səbirsizliklə gözləyir: "Əlbəttə, bizim - Argentinanın çox yaxşı heyəti var. Və bu, bizə  kuboku yenidən qazanmağa fürsət yaradır. Sözüsüz ki, belə yarışlarda ən kiçik bir səhv belə sizi turnirdən kənarlaşdıra bilər. Ona görə çox diqqətli şəkildə yarışda uğura doğru gedəcəyik"

Xatrladaq ki, yarış 2026-cı ilin 11 iyun - 19 iyul tarixlərində keçiriləcək.

Fərid ASLAN

MİA.AZ