AXCP sədri Əli Kərimlinin barəsində verilmiş həbs qətimkan tədbrinin dəyişdirilməsi barədə şikayətinə bu gün Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Mia.az xəbər verir ki, sözügedən məhkəmə şikayəti təmin etməyib.

Xatırladaq ki, Səbail rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunan Əli Kərimli haqqında 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçilib.