Türkiyə Futbol Federasiyası tanınmış futbolçunu cəzalandırıb.
Mia.az Türkiyə mətbuatlna istinadla xəbər verir ki, Federasiya hazırda 1-ci liqa komandası "Sakaryaspor"da forma geyinən sol cinah müdafiəçisi Caner Erkinə beş oyunluq cəza verib.
Məlumata görə, buna səbəb Birinci Liqanın 15-ci turunda "Sakaryaspor" - "Ümraniyespor" matçının 52-ci dəqiqəsində Caner Erkinin qırmızı vərəqə alması olub. Federasiya onu beş oyunluq cəzalandırmaqla yanaşı, 67.000 TL cərimələyib.
Fərid ASLAN
MİA.AZ