Türkiyənin Afyonkarahisar şəhərində şagirdlərin olduğu mikroavtobus qəzaya düşüb.

Mia.az Türkiyə mətbuatlna istinadla xəbər verir ki,  hadisə şəhərin Bolvadin rayonunda baş verib.

Məlumata görə, səhər saatlarında şagirdləri məktəbə aparan servis mikroavotbusu "Pikap"la toqquşub: "Nəticədə 14 şagird və hər iki avtomobilin sürücüləri müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar təcili yardımla xəstəxanalara aparılıblar".

Firudin Səfərli

MİA.AZ