Türkiyənin 33 şəhərində İŞİD üzvlərinə qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatlna istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya məlumat yayıb.

Onun sözlərinə görə, terror təşkilatına maliyyə yardımı toplayan və qondarma təşkilatın təbliğatını aparan şəxslərə qarşı fasiləsiz tədbirlər görülür: "Polis qüvvələri bu məqsədlə Adana, Adıyaman, Ağrı, Amasya, Ankara, Antalya, Bilecik, Bingöl, Bursa, Çankırı, Çorum, Diyarbakır, Elazığ, Eskişehir, Gaziantep, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kayseri, Kırşehir, Kocaeli, Konya, Kütahya, Manisa, Mersin, Muğla, Sakarya, Samsun, Şanlıurfa, Uşak, Van ve Yozgatda 233 nəfəri saxlayıb..."

Nazir bildirib ki, onlardan artıq 51-i haqda həbs qətimkan tədbiri seçilib, 24-ü polis nəzarətinə verilib, qalan şübhəlilərin ətrafında isə istintaq davam edir.

Firudin Səfərli

MİA.AZ