Bu gün Türkiyə Kubokunun qrup mərhələsi uğrunda "Alanyaspor" 4-cü qarşılaşmasında 1-ci Liqa təmsilçisi "Çorum"a "aman" tanımayıb.
Mia.az Türkiyə mətbuatlna istinadla xəbər verir ki, "Alanyaspor" elə ilk hissədə matçın taleyini həll edib.
Aralıq dənizi komandası ilk hissədə 5 cavabsız qol vuraraq rəqibi mübarizədən kənarlaşdırıb.
"Alanyaspor"un 5 qolundan 4-nə Stiv Mounie imza atıb. Bir qolu isə Üçenna Ogundu vurub.
Bu qələbə ilə komanda qruplara vəsiqə qazanıb. Qrup mərhələsinin püşkatması isə bu gün keçiriləcək.
Fərid ASLAN
MİA.AZ