Rusiya sosial media platformalarını ard-ada bloklayır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün "FaceTime" tətbiqindən sonra "Snapchat" da ölkə ərazində qadağan olunub.

Bu barədə Rusiyanın İnformasiya Texnologiyaları və Kütləvi Mediaya Nəzarət Federal Xidməti (Roskomnadzor) məlumat yayıb.

Bildirilib ki, "Snapchat"da bağlanan digər platformalar kimi fırıldaqçılıq, gəncləri cinayətkarlar sahəyə meyllləndirmək və sair qanunsuzluqlar törədilməsində mühim yer alır: "Bu səbəbdən tətbiqə giriş bloklanıb".

Xatırladaq ki, "Roskomnadzor" eyni səbəbdən bu gün FaceTime tətbiqinə girişi də bloklayıb. Bundan əvvəl isə Facebook, X, TikTok, YouTube, Instagram-a da qadağa qoyulub.

Lamiyə Əhmədli

MİA.AZ