Bu gün Türkiyə Kubokunun qrup mərhələsi uğrunda "Qaziantep FK" səfərdə 3-cü liqa komandası "Yalova FK" ilə üzləşib.
Mia.az Türkiyə mətbuatlna istinadla xəbər verir ki, Qaziantep komandası zəif rəqibini ikinci heyəti ilə rahat məğlub edib - 0:2
"Qaziantep FK"nin qollarını Boatenq və Soresku vurublar.
Bu qələbə sayəsində "Qaziantep FK" qrup mərhələsinə vəsiqə qazanıb.
Qrup mərhələsinin püşkatması sabah keçiriləcək.
Fərid ASLAN
MİA.AZ