İtaliyanın nəhəng klubları "Fənərbağça"nın hücumçusunu transfer etmək istəyirlər.

Mia.az Türkiyə mətbuatlna istinadla xəbər verir ki,  "Roma" və "Milan" klubları yanvarda "Fənərbağça"nın hücumçusu Yusif Ən-Nesiri ilə rəsmi danışıqlara başlayıb. 

Məlumata görə, mərakeşli hücumçu da "Fənərbağça"dan ayrılmaq istəyir: "Böyük ehtimalla o, qış transfer dönəmində "yuvadan uçacaq". İstanbul klubu isə indidən onu əvəzləyəcək gənc hücumçu axtarışına çxııb".

Xatırladaq ki, Yusif Ən-Nesiri bu mövsüm "Fənərbağça"nın heyətində 23 oyunda  forma geyinib. O, bu oyunlarda  8 qol vurub və 1 məhsuldar ötürmə edib.

Fərid ASLAN

MİA.AZ