AFFA Hakimlər Departamentinin rəhbəri vəzifəsindən istefa verən Ömər Paşayevin yerinə təyinat olub. 

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu posta Bəhruz Teymurov gətirilib. 

O, bir müddət idi ki, Ö.Paşayevin köməkçisi vəzifəsini yerinə yetirirdi. 

Departamentin yeni rəhbəri əvvəllər Azərbaycanda müxtəlif yarışların və tədbirlərin keçirilməsində “venue manager” kimi fəaliyyət göstərib. 

B.Teymurov bir müddət millət vəkili Nigar Arpadarainin köməkçisi işləyib. 

Elə Hakimlər Departamentinin rəhbəri təyin olunandan sonra onu ilk təbrik edənlərdən biri də deputat olub. 

Bəhruz Teymurov müxtəlif idman yarışlarında təşkilati işlərdə çalışsa da, futbol sahəsinə yad adamdır.