Bizon Azərbaycan kubokunun 1/8 final mərhələsində növbəti oyun hazırda Qəbələdə keçirilir.
Mia.az xəbər verir ki, "Qəbələ" klubu Bakının "Şəfa" klubunu qəbul edir. "Şəfa" klubu 1-ci liqanın ən iddialı klubudu və turnir cədvəlinə başçılıq edir. 1998-ci ildə yaradılan klub bu ildən etibarən 1-ci liqada çıxış edir. Klub bundan əvvəlki illərdə iflasa uğrayaraq 2-ci liqaya düşsə də, 2023-cü ilə yeni sponsorun dəstəyilə yenidən 1-ci liqaya qayıdıb.
Birinci hissə bərabərliklə başa çatıb.
Oyunun 2-ci dəqiqəsində İbrahim Sanqare hesabı açıb. 6-cı dəqiqədə "Şəfa"dan Emin Zamanov hesaba bərabərlik gətirib.
İkinci hissənin 53-cü dəqiqəsində İbrahim Sanqare ev sahibini önə çıxarıb: 2-1.
Oyun bu hesabla bitib və "Qəbələ" növbəti mərhələyə yüksəlib.
Zülfiyyə Mustafayeva
Mia.az