"Beşiktaş"dan ayrılmaq istəyən 32 yaşlı yarımmüdafiəçi Rafa Silva ilə bağlı problem yoluna qoyulub.
Mia.az Türkiyə mətbuatlna istinadla xəbər verir ki, zədə və digər bəhanələrlə nəinki matçlara, hətta məşqlərə də çıxan, sonda isə açıq şəkildə "artıq burada oynamaq istəmirəm" deyən 32 yaşlı portuqaliyalı futbolçu ilə klub rəhbərliyinin ardıcıl "dilə tutmaları", öz bəhrəsini verib.
Məlumata görə, artıq Rafa Silva bu gündən məşqlərə başlayıb.
Fərid ASLAN
MİA.AZ