Rusiya sosial media platformaları ilə yanaşı, bir çox tətbiqləri də bloklamağa başlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq ölkə ərazisində "FaceTime" tətbiqi də bloklanıb.
Məlumata görə, "Apple"ın "FaceTime" tətbiqinə girişə onun vasitəsilə törədilən cinayətlər iddiaları səbəbindən qadağa qoyulub.
Rusiyanın İnformasiya Texnologiyaları və Kütləvi Media Nəzarəti üzrə Federal Agentliyindən ("Roskomnadzor") bildirilib ki, sentyabr ayından bəri "FaceTime" girişə ara-sıra tətbiq olunan məhdudiyyətlər artıq tam şəkildə icra olunmağa başlayıb: "Bu ətbiq vasitəsilə törədilən cinayətlərin sayı artıb. Üstəlik, "FaceTime"dən ölkədə terror fəaliyyətlərini təşkil etmək və həyata keçirmək, cinayətkarları cəlb etmək, vətəndaşlarımıza qarşı fırıldaqçılıq və digər cinayətlər törətmək üçün istifadə olunur. Bu səbəbdən artıq ölkədə tətbiqə giriş tam bloklanıb".
Bu arada, Rusiyada təhlükəsizlik və fırıldaqçılıqla mübarizə adı altında "WhatsApp" və "Telegram"dakı zəngləri də məhdudlaşdırıb.
Samir Musayev
MİA.AZ