İstanbulun Büyükçekmece Ədliyyəsində (Məhkəmə və prokurorluğun yerləşdiyi bina) dünyanı heyrətləndirən soyğun hadisəsi baş verib.
Mia.az Türkiyə mətbuatlna istinadla xəbər verir ki, İstanbuldakı Büyükçekmece Ədliyyəsində katib işləyən Erdal Dəmirtaş məhkəməyə aid seyfdən girov və ya müsadirə ilə götürülərək saxlanılan 25 kiloqram qızıl və 50 kiloqram gümüşü oğurlayıb.
Məlumata görə, vzəifəsindən sui-istifadə edən Erdal Timurtaş soyğunun sxemini ən xırda detalına qədər dəqiqliklə hazırlayıb və icra edib:

"O, qızl və gümüşləri qara torbalara dolduraraq əl arabası ilə hissə-hissə binadan çıxarıb. Soyğundan xeyli əvvəl isə o, Böyük Britaniyaya ailəvi viza alıb. Soyğunu bitirdikdən sonra isə həyat yoldaşı və iki uşağı ilə ölkədən qaçıb"
Büyükçekmece Baş Prokurorluğundan bildirilib ki, məhkəməyə məxsus seyfinə cavabdeh olan digər katib Kamal Demir saxlanılıb:

ERDAL TİMURTAŞ
"İstintaqlaı məlum olub ki, onunla bir yerdə çalışan katib işləyən Erdal Timurtaş bu soyğunu təkbaşına törədib. Hadisənin üstü isə 1 dekabrda aparılan adi yoxlama zamanı üzə çıxıb. Soyğunun üstü isə məhkəmənin depozit bölməsində 24 ildir işləyən Timurtaş ailə problemlərini əsas gətirərək məzuniyyətə çıxması və uzun müddət işə gəlməməsindən sonra açılıb. Şübhə üzrə digər katib Kamal Demirdə olan açarlarla seyflər açıllıb və onların tamamilə boş olduğu müəyyən edilib. Faktla bağlı kamal Dəmir saxlanılıb, Erdal haqqında isə axtarış verilib".
Firudin Səfərli
MİA.AZ