"Türkiyənin Avropa İttifaqına (Aİ) üzvülük prosesi ilə bağlı bəzi davam edən tədqiqatlar var, lakin müəyyən fəsillərin açılması lazımdır".
Mia.az Türkiyə mətbuatlna istinadla xəbər verir ki, bu sözlər NATO XİN başçılarının sammiti üçün getdiyi Brüsseldə Xarici işlər naziri Hakan Fidan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Aİ-nin artıq müəyyən maneələri aradan qaldırması mütləqdir: "Türkiyə və Aİ Gömrük İttifaqı, viza liberallaşdırılması və Avropa İnvestisiya Bankının Türkiyədə fəaliyyətinin tam bərpası da daxil olmaqla bir neçə əsas məsələ üzərində işləyirlər. Düzdür, Türkiyənin Aİ ilə danışıqlarda irəliləyiş əldə etdiyi iki sahə var. Məsələn, Rusiya-Ukrayna məsələsində mövqeyimiz nədir? Qəzza məsələsində nə edirik? Suriya məsələsində nə edirik? Bunlar Türkiyə üçün son dərəcə vacib sahələrdir. Bunlar Avropa İttifaqının da iştirak etdiyi sahələrdir. Türkiyə və Avropa İttifaqının burada keyfiyyətli əməkdaşlıq edə bilməsi həm xarici siyasətimiz, həm də onlar üçün olduqca vacibdir. Hesab edirəm ki, bunu irəli aparmağımız çox vacib və dəyərlidir".
Fidan qeyd edib ki, Avropa İttifaqı ilə qarşılıqlı faydalı yanaşma yolu ilə həll edilən məsələlər var”
Samir Musayev
MİA.AZ