NATO Baş katibi Mark Rutte Rusiya prezidenti Putinin "Ukrayna obyektlərinə və gəmilərinə hücumları artıracağıq. Ukraynaya kömək edən ölkələrin tankerlərinə də qarşı eyni addımları atacağıq. Əgər Avropa döyüşmək istəyirsə, buyursun, biz hazırıq", - təhdidini cavabsız buraxıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə NATO-ya üzv ölkələrin XİN başçılaının bugünki toplantısından əvvəl jurnalsitlərin sualına şərh vermək istəmədiyini deyib.
O, yalnız bir kəlmə ilə "Rusiya çox pərvazsız davranır" deməklə, sualı nöqtələyib.
Xatırladaq ki, bu gün və sabah NATO XİN başçıları Brüsseldə təşkilatın gündəmindəki məsələlərlə yanaşı, Rusiyanın Ukraynaya hücumu ilə bağlı son vəziyyəti müzakirəyə çıxaracaqlar.
Samir Musayev
MİA.AZ