Bu gün  Ziraat Türkiyə Kuboku 4-cü Seçmə Turunda İstanbulun "Eyüpspor" 1-ci liqa təmsilçisi "Çankayaspor"la qaşrılaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, matç "Eyüpspor"un darmadağını ilə başa çatıb - 6:1.

İstanbul komandası matçı 9-cu dəqiqədə Svit Seşlərin, 15-ci dəqiqədə Metehan Altunbaşın, 25-ci dəqiqədə Ampemin, 82-ci dəqiqədə Saizin (penalti), 85-ci dəqiqədə Sadianın və 90+2-ci dəqiqədə Legovskinin qolları ilə qalib gəlib.

"Çankayaspor"un yeganə qolu Tunahan Akpınardan gəldi.

Bu nəticə ilə "Eyüpspor" növbəti mərhələyə yüksəlib.

Fərid ASLAN

Mia.az