Türkiyə prezident Ərdoğan bir neçə gün əvvəl Şirnaka avtomat silahlılarla tədbirə gələn İraqın Ərbil muxtariyyətindəki Kürdüstan Demokrat Partiyasının sədri Məsud Bərzaninin bu davranışına etiraz edən MHP lideri Dövlət Baxçalıya qarşı təhqiramiz bəyanatına sərt reaksiya verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Məsud Bərzaninin xoşagəlməz bəyataının böyük xəta olduğunu bəyan edb.
Ərdoağn bu bəyanatı qəbuledilməz olduğnu deyib: "Cənab Baxçaliyə qarşı hörmətsiz ifadələri qəbuledilməz hesab edirik. Məsələ ilə bağlı narahatlığımızı ifadə etdik və izahat istədik. Bu vahim ciddi xətadan dərhal dönməli və düzəliş verilməlidir...".
Xatırladaq ki, Kürdüstan Regional Partiyasının lideri Məsud Bərzaninin partiyası MHP sədri Dövlət Baxçaliya qarşı təhqiarmiz bəyanat yayıb: "Biz düşünürdük ki, Allah Dövlət Baxçalıya hidayət edib və o, irqçilik və şovinizmdən əl çəkib. Lakin görünür ki, o, hələ də eyni köhnə Boz Qurd olsa da, indi qoyun dərisinə bürünüb.
Təəssüf ki, Dövlət Baxçalı bir daha cənab Bərzaninin Cizrəyə səfəri və Melayê Cizîrî Simpoziumunda iştirakı ilə bağlı şovinist düşüncə tərzi ilə danışıb".
Bəyanatda o da deyilir ki, yüksək vəzifəli Türkiyə rəsmiləri də Kürdüstan bölgəsinə səfər etdikdə, Türkiyənin xüsusi təyinatlı qüvvələri onları müşayiət edir: "Bu, biz tərəfdə heç bir problem yaranmır".
Onu da qeyd edəj ki, Türkiyə Xarici İşlər Nazirliyi Bərzaninin ofisi tərəfindən yayımlanan açıqlamaya etiraz edib.
Xatırladaq k, MHP lideri Dövlət Baxçalı Şirnaka avtomat silahlılarla gəlməsinə etiraz edərək, bunu dövlət adına rüsvayçılıq sayıb.
Firudin Səfərli
Mia.az