Kolumbiya Prezidenti Qustavo Petro ABŞ Prezidenti Donald Trampın təhddinə adekvat cavab verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Trampın Kolumbiyanı "narkotranzit ölkə" kimi xarakterizə etməsini qəbuledilməz sayıb.

O, Trampın Kolumbiyanı hədələməsi, hətta yerüstü hədəflərə zərbə endirəcəkləri haqda xəbərdarlığına əks zərbə ilə cavab veriləcəyini iddia edib: "Bax, Siz yaquarı oyadırsınız. Suverenliyimizə hücum müharibə elanıdır. Biz belə təhdid və ya hücumları cavabsız buraxan deyilik"

Kolumbiya lideri Trampn iddiasının əksinə olaraq minlərlə ton kokainin məhz onlar tərəfindən məhv edildiyini, narkotranzit və narkoşəbəkələrə qarşı ən effektli mübarizə aparan ölkə olduqlarını da sözlərinə əlavə edib: "Mən Trampı ökəmizdə hər gün məhv edilən laboratoriyaları görməyə dəvət edirəm".

Samir Musayev

MİA.AZ