Bolqarıstanda on minlərlə insan hökumətin korrupsiya və 2026-cı il büdcə qanun layihəsinə etiraz olaarq ayağa qalxıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, paytaxt Sofiyada küçələrə axışan insalar polislə toqquşub, bəzi binalar talan olunub, bəziləri atəşə verilibb.
Məlumata görə, dünən gecədən başayaraq, barikkadalar quran etirazlardan 71 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyi on minlərlə insanın iştirak etdiyi hökumət əleyhinə etirazlarda saxlanılanların sayını təsadqiləyib. Bildrilib ki, toqquşmalarda üç polis əməkdaşı da yüngül xəsarət alıb.
Bolqarıstan hökuməti etirazlardan sonra 2026-cı il büdcə qanun layihəsinin geri götürüb.
Xatırladaq ki, 2026-cı ilin yanvar ayında avronu qəbul etməyə hazırlaşan Bolqarıstan 2026-cı il büdcəsini bu dəyişikliyi nəzərə alaraq avro ilə hazırlayıb. Bolqarıstan əhalisinin böyük hissəsi Bolqarıstanın avrozonaya daxil olmasının ölkənin suverenliyini təhlükə altına qoyacağını iddia edirlər. Onlar pərakəndə satıcıların valyuta dəyişikliyindən sui-istifadə edəcəyindən və bunun da qiymət artımına səbəb olacağını deyirlər.
Samir Musayev
MİA.AZ



