"Ukrayna gəmilərinə hücumları artıracağıq, əgər Avropa döyüşmək istəyirsə, biz hazırıq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin söyləyib.

O, Ukraynanın Qara dənizdə iki Rusiya tankerinə hücumunu qəbuledilməz sayıb. Rusiya rəhbəri deyib ki, bu cavabsız qalmayacaq: "Ukrayna obyektlərinə və gəmilərinə hücumları artıracağıq. Ukraynaya kömək edən ölkələrin tankerlərinə də qarşı eyni addımları atacağıq. Əgər Avropa döyüşmək istəyirsə, buyursun, biz hazırıq".

Xatırladaq ki, ötən həftə Ukrayna Qara dənizdə Rusiyaya gedən iki tankeri vurub. Hmin tankerlər Qara dənizdə Türkiyə dəniz bölgəsində vurulub. İki gün əvvəl həmin tankerlər təmir üün İstanbula qoşqu ilə çəklərək gətirilib.

Samir Musayev

MİA.AZ