"Bu gün "Azərbaycan" qəzetinin 10000 - ci sayı çap olunub. Həmkarlarımızı təbrik edirik. Təəssüf ki.. "Azərbaycan" qəzetinin dərc etdiyi foto gerçək deyil".
Mia.az xəbər verir ki, bu sözləri "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru Alqış Həsənoğlu Feysbuk-dakı hesabında yazıb.
O, qəzetin dərc etdiyi saxta foto ilə orjinal fotounu da yazısına əlavə edərək, fikrini belə tamamlayıb: "Ulu Öndərimizin "Yeni Azərbaycan" qəzetini oxuyarkən çəkilən fotosu dəyişdirilib. Bu barədə dəfələrlə deyilib, yazılıb. Amma bu saxtakarlıq dönə - dönə tirajlanır. Fotoda da hər şey aydın görünür. Azərbaycan dövlətinin saxtakarlara və vətən xainlərinə mühariə elan etdiyi bir ərəfədə belə saxtakarlıq etmək nəyə xidmət edir? Hər bir foto faktdır. Fotonu dəyişmək faktı dəyişdirmək deməkdir. Faktı təhrif etmək, dəyişmək isə hüquqqi məsuliyyət məsələsidir. Belə işlərlə yalnız dələduzlar məşğul ola bilər".
Xatırladaq ki, "Azərbaycan" qəzetinin Baş redaktoru Bəxtiyar Sadıqovdur.
Samir Musayev
MİA.AZ