Türkiyə XİN İraqdakı Kürdüstan Demokrat Partiyasının sədri Məsud Bərzaninin Türkiyənin Şırnak bölgəsində Beynəlxalq Melaye Ciziri Simpoziumuna avtomat silahlı cangüdənlərlə qatılmasına etiraz edən MHP lideri Baxçalını qarşı tərəfin "faşist, irqçi" deyə ittiham etməsi barədə qısa bəyanat yayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bəyanatda "Dövlət Baxçalını hədəf alan açıqlama qəbuledilməzdir", - deyə qarşı tərəfə xəbərdarlıq olunub.
Bəyanatda deyilir: "Bu gün "Bərzaninin Mətbuat katibi" adından MHP sədri Dövlət Baxçalını hədəf alan açıqlama məzmun və tonu baxımından qəbuledilməzdir. Kürdüstan Demokrat Partiyası rəhbərliyi əsassız iddiaları ehtiva edən sayğısız və təxribatçı açıqlamasına izahat verməli, məsul şəxslərə qarşı dərhal lazımi tədbirlər görməlidir"
Xatrladaq ki, Ərbildə iqtidarda olan partiya Bərzaninin o cür səfərinə etiraz edən MHP lideri haqda "Biz düşünürdük ki, o, Türkiyədə son barış prosesində ağıllanıb, lakin görünən odur ki, o, hələ də öz köhnə faşist təfəkküründə qalıb", - tipli açıqlama verib.
Firudin Səfərli
Mia.az