İraqdakı Kürdüstan Demokrat Partiyasının (KDP) sədri Məsud Bərzaninin Türkiyənin Şırnak bölgəsində təşkil edilən 4-cü Beynəlxalq Melaye Ciziri Simpoziumuna avtomat silahlı cangüdənlərlə qatılmasına MHP lideri Baxçalının "tək kəllmə ilə bu, rəzalətdir" bəyanatından sonra rəsmi Ərbilin onu hədəf alması aradakı gərginliyi böyüdüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, rəsmi Ərbil Bərzaninin o cür səfərinə etiraz edən MHP liderini nəzərdə tutaraq "Biz düşünürdük ki, o, Türkiyədə son barış prosesində ağıllanıb, lakin görünən odur ki, o, hələ də öz köhnə təfəkküründə qalıb", - sözləri isə rəsmi Ankarada xoş qarşılanmayıb.
Prezident Ərdoğanın lideri AKP-nin sözçüsü Ömər Çelik canlı yayımda bildirib ki, Daxili İşlər Nazirliyi Bərzaninin ölkəyə avtomat silahlı şəxslərlə gəlməsi faktını araşdırır. O, bu faktla etiraz edən MHP sədri Baxçalının bəyanatına cavab olaraq Bərzaninin ofisinindən MHP liderinə qarşı "irqçi və faşist" məzmunlu bəyanatı da qəbuledilməz sayıb.
Ömər Çelik Şirnakdakı görüntülərlə bağlı "Habertürk"ün canlı yayımında deyib: "Qeyd etdiyiniz görüntü, əlbəttə ki, xoşagəlməz və ikrah yaradan şərhlər üçün əsas yaradıb. Daxili İşlər Nazirliyi bu məsələ ilə bağlı araşdırma aparır. Nəticə etibarilə, cənab Bərzani aktiv xidmətdə olan biir olmasa da, Türkiyə dövləti onun təhlükəsizliyini təmiin etməyə qadir gücə sahib ölkədir".
Çeik "Xarici geyimli əsgərlərin -peşmərgələri avtomat silahlarla ölkəmizdə gəzməsi sadəcə rüsvayçılıqdır" , sözlərinə Bərazninin ofisinin "Biz Allahın Dövlət Baxçalıya yol göstərdiyini və irqçilik və şovinizmdən əl çəkdiyini düşünürdük", məzmunli cavabını isə qəbuledilməz sayıb: "Cənab Baxçalı haqqında onun ofisi adından hörmətsiz bir mesaj dərc yayımlandı. Bu, təbii ki, hörmətsizlikdir. Qarşı tərəf irqçi və faşist kimi ifadələrdən istifadə edib. Cənab Baxçalı isə o açıqlamanı verərkən Bərzanini qoruyan cangüdənlərə toxunub, onun şəxsinə yox... Onun aparatı birbaşa cənab Baxçalıya hörmətsizlikdir. Bu, qəbuledilməzdir və dərhal düzəldilməlidir"
Çelik daha sonra bildirib ki, Daxili İşlər Nazirliyi peşmərgələrin avtomat silahla Şirnaka girməsi faktı ilə bağlı bölgəyə iki müfəttiş göndərib: "Məsələ dərindən araşdırılacaq."
Firudin Səfərli
Mia.az