Ziraat Türkiyə Kubokunun 4-cü turunda Volkan Dəmirəlin baş məşqçisi olduğu "Gənclərbirliyi" səfərdə 1-ci Liqa komandası "Sakaryaspor"u darmadağın edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 70-ci dəqiqəyə qədər 0:0 davam edən matçın sonuna 20 dəqiqə qalmış "Gənclərbirliyi" "Sakaryaspor"u 5 dəfə mərkəzə dəvət edib.

"Gənclərbirliyi" 70, 75, 83. 87 və  90+2-ci dəqiqələrdə 5 cavabsız qol ataraq növbəti mərhələyə yüksəlib - 0:5.

Fərid ASLAN

Mia.az