Dünyada sürətlə yeni və daha qorxulu qrip növü yayılır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə pulmonoloq, professor Tevfik Özlü SOS verib.

O, Avstraliyada ortaya çıxan və yeddi dəfə mutasiyaya uğradığı təsdiqlənmiş yeni "H3N2" virusu ilə bağlı mühim xəbərdarlıq edib.

Professor bildirib ki, yüksək yoluxuculuq qabiliyyətinə malik olan və mövcud qrip peyvəndlərinin təsirinin olmadığı virus epidemiyası hələ Türkiyədə özünü göstərməyib, lakin Avropada çox yaygındır: "Yaxın günlərdə ölkəmizdə də belə bir epidemiya başlayacaq. Bu, qaçılmazdır. Biz buna hazır olmalıyıq. İlk dfə Avstraliyada ortaya çıxan A qripinin bir alt növü olan "H3N2" virusu yoluxma hallarının sürətlə artması ilə qlobal bir problemə çevrilib. Bəli, bu virus klassik qripdən daha sürətlə yayılır. Müəyyən yaş qruplarında daha ağır simptomlara səbəb ola bilən virus olduğundan hər kəs ehtiyatlı və tədbirli olmalıdır".

Professorun sözlərinə görə, bu virusa yoluxanların çoxunda ağırlaşma halları, hətta ölüm halları istisna deyil: "Xüsusən də 5 yaşdan kiçik və 50 yaşdan yuxarı insanlarda daha yaxşı qorunmalıdır. Eyni zamanda, xroniki xəstəlikləri olanlar virusa daşıyıcıları ilə əsla təmasda olmalıdır. Təəssüf ki, bu mutasiyalar peyvəndlərin effektivliyini azaldır. Ona görə xəstə insanların sosial məkanlardan uzaq durması, evdə qalmaları, maska taxmaları mütləqdir. Saölazm insanlar isə qrip olduğu hiss olunan şəxslərdən gen gəzməlidir".

Professor deyir ki, yeni virus daha çox qızdırma, burun axıntısı, öskürək,  halsızlıq və baş ağrıları ilə özünü göstərir...

Lamiyə Əhmədli

Mia.az