"Son günlər bəzi səlahiyyət sahibləri Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarının bağlanmasını tələb edirlər. Bu fikri çox yanlış və Dövlətimiz üçün zərərli sayıram. Bunu hakimiyyətə yarınmaq üçün edənlər isə elə hakimiyyətə, onun ən üstündə duranlara vurduqları ziyanları təsəvvür etmirlər".
Mia.az xəbər verir ki, bu sözləri tanınmış vəkil Aslan İsmayılov Feysbuk-dakı hesabında yazıb.
Aslan İsmayılov daha sonra qeyd edibki, haqlı olduğunu yaxın günlərdə hamı görəcək: "İnanıram ki, bu addımın ifrat yarınmaq olduğunu yaxın günlərdə görəcəklər. Yaltaqlanmağın da həddi olmalıdır. Heç kim yaddan çıxarmasın ki, bu gün ölkədə baş verənləri başqaları, xüsusilə bizə düşmən olanlar da diqqətlə izləyirlər".
Samir MUSAYEV
MİA.AZ