Ötən axşam 1-1 hesabıyla bitən "Fənərbağça"-"Qalatasaray" derbisində "Qalatasaray" futbolçusu Kazımcan Karataşın gözünə alışqan atan azarkeş tutulub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun "fənərbağça"lı  adı tam açıqlanmayan M.G. olduğu müəyyənləşib. 

Polis əməliyatla onu evidə qandallayıb.

İlkin ifadəsində o, derbinin atmosferinin təsiri altında qeyri-ixtiyarı xoşagəlməz əməli törətdiyini etiraf edib: "Onu qəsdən, yaxud kimdənsə təlimat alaraq vurmadım".

Faktla bağlı araşdırma davam edir.

Fərid ASLAN

Mia.az