Türkiyənin Xarici işlər naziri Hakan Fidan sabah Brüsseldə NATO qərargahında keçiriləcək Xarici İşlər Nazirləri görüşünə qatılacaq.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, tədbir çərçivəsində NATO-nun Baş katibi Mark Rutte, Avropa Birliyinin (AB) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas, Aİ-nin Genişlənmə üzrə Komissarı Marta Kos, Böyük Britaniyanın Xarici İşlər naziri İvet Kuper, İspaniyanın Xarici İşlər naziri Xose Manuel Albares və daha bir neçə həmkarı ilə ikitərəfli görüşlər keçirəcək.
Məlumata görə, NATO Xarici İşlər Nazirləri Görüşündə ötən ilin iyun ayında keçirilən Haaqa Zirvə Toplantısının nəticələri müzakirə olunacaq, eyni zamanda, 7-8 iyul 2026-cı il tarixlərində Ankarada Türkiyənin ev sahibliyi edəcəyi NATO Zirvə Toplantısına hazırlıqla bağlı fikir mübadiləsi aparılacaq: "NATO Xarici İşlər Nazirləri Görüşü iki sessiyada keçiriləcək. İclasın ilk sessiyasında NATO üzv dövlətlərinin xarici işlər nazirlərinin iştirakı ilə yalnız alyansın gündəliyindəki prioritet məsələlərə diqqət yetiriləcəyi gözlənilir. Digər mərhələdə isə dünyadakı gərginliklər, xüsusən də Rusiya-Ukrayna müharibəsi müzakirəyə çıxarılacaq".
Firudin Səfərli
Mia.az