Venesuela Prezidenti Nikolas Maduro ABŞ-da açıq mesaj verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, paytaxt Karakasda Bolivar İcma Komandirlərinin andiçmə mərasimində rəqs edərək, ölkəsini sonadək qoruyacağını gizlətməyib.
Maduro həmin mərasimində musiqi sədaları altında rəqs edərək, müharibə astanasında olduqları ABŞ-ı sülhə çağırıb: "Müharibə? Heç vaxt, heç vaxt müharibə. Müharibə olmasın, xahiş edirəm, sülh, xahiş edirəm".
Onun bu sözlıərindən sonra izdiham ayağa qalxıb və xorla sülh şüarları səsəndiriblər.
Maduro daha sonra kütləni sakitləşdirib və xalqınn 94 faizinin imperialist hərbi təhdidi qəbul etmədiyini bildirib: "Bu gün bütün venesuelalılar, müxtəlif partiyalara və ya ideologiya mənsubiyyətlərindən asılı olmayaraq, hər kəs bir nəfər kimi birləşib. Xalqın 94 faizi imperialist hərbi təhdidini rədd edir və qınayır. Xalq vətəni müdafiə etmək üçün hücuma qarşı durmağa hazır olduqlarını bəyan edirlər".
Keçmiş prezident Hugo Çhavezə sədaqət andı içən Maduro sözünə belə davam edib: "Lazım gələrsə, həyatım bahasına olsa belə, son ana qədər sizə sadiq qalacağıma and içirəm. Əmin ola bilərsiniz ki, sizi heç vaxt tərk etməyəcəyəm və məyus etməyəcəyəm. Venesuelada sülh və milli birlik hökm sürür. Xalq ölkəni qurmağa və sülh qazanmağa davam etmək üçün mütəşəkkil və hazırdır. Xalqımız 22 həftədir ki, müharibə şəraitindədir. Minlərlə könüllü ölkənin suverenliyini müdafiə etmək üçün səfərbər olublar."
Tahir Şəlvəli
MİA.AZ