Türkiyənin 37 şəhərində FETÖ üzvlərinə qarşı əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazir bildirib ki, prokurorluq orqanları ilə birgə keçirilən əməliyyatlarda Fətullahçı Terror Təşkilatının (FETÖ) hərbi, tələbə və məhkəmə strukturlarında gizli fəaliyyət göstərən, təşkilatın şifrələnmiş rabitə proqramı ByLock istifadəçiləri olan, təşkilat daxilindəki şəxslərlə taksofonlar vasitəsilə əlaqə saxlayan və sosial mediada FETÖ təbliğatını yayan 121 şübhəlidən 58-i saxlanılıb: "Onlardan 29-u ev dustaqlığına buraxılıb, qalanlarının ətrafında istintaq davam edir"
Nazir digər şəxslərin axtarıldıöını da sözlərinə əlavə edib.
Fərid ASLAN
Mia.az