Türkiyədə həbsxana maşını qəza törədib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Amasyanın Merzifon rayonunda baş verib.

Məlumaa görə, həbsxanalardan birinə məxsus olan nəqliyyat vasitəsi yük maşını və bir avtomobillə toqquşub.

Amasya valisi Önder Bakan hadisə yerində jurnalistlərə bildirib ki, həbsxanaya məxsus nəqliyyat vasitəsində İstanbuldan digər əyalətlərə köçürülən məhbuslar olub: "Həmin bu nəqliyyat vasitəsi bir avtomobilə, dhaa sonra isə yük maşınına çırpılıb. Qəzada on iki məhbus, doqquz jandarm və iki sürücü olmaqla ümumilikdı 23 nəfər yüngül xəsarət alıb. Xoşbəxtlikdən, bütün yaralılarımızın həyatları üçün təhlükə yoxdur.  Yaralılar xəstəxanada müalicə alırlar".

Firudin Səfərli
Mia.az