Hindistandakı bəzi sərnişin təyyarələri GPS saxtakarlığına və naviqasiya müdaxiləsinə məruz qalıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Dehli Hava limanından açıqlama verilib.
Bildirilib ki, nəticədə Yeni Dehli də daxil olmaqla bəzi hava limanlarından uçuşlar təxirə salınıb: "Kalkatta, Amritsar, Mumbay, Haydarabad, Banqalor və Çennai hava limanlarından bir çox reyslər bir neçə saatlıq təxirə salınıb".
Məlumatda deyilir ki, Mülki Aviasiya Nazirliyi vəziyyətə operativ müdaxilə edib və bir müddət sonra vəziyyət öz həllini tapıb.
Tahir Şəlvəli
MİA.AZ