Bu gün Türkiyədə dünyanın bir çox ölkələrində maraqla izləniləcək derbi oyunu oynanılacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün saat 21.00-da əzəli rəqiblər olan "Fənərbağça" və "Qalatasaray" komandaları Kadıköydə qarşılaşacaqlar.

Hazırda komandalar arasındakı xal fərqinin ("Qalatasaray" ilk sıradadır - Mia.az) 1 olması isə derbinin həm də əhəmiyyətini arıtırıb.

Məlumat ümçün onu da qeyd edək ki, biletlər satışa çıxarılan sürətlə satılıb. Hətta qara bazarda biletin qiymətinin 100.000 lirəni (4 min manat) keçməsi haqda xəbərlər var.

Komandaların meydana aşağadakı heyətlə çıxacaqları gözlənilir:
 
Fənərbağça: Ederson; Semedo, Skriniar, Oosterwolde, Levent; İsmayıl, Alvarez; Nene, Asensio, Kerem və Duran.

Qalatasaray: Uğurcan; Sanchez, Lemina, Abdülkerim, Kazımcan; Torreira, Sara; Sane, İlkay, Barış Alper və Osimhen.

Fərid ASLAN
Mia.az