İsrail ordusu dörd günlük basqından sonra İordan çayınn Qərb Sahilində yerləşən Tubas şəhərinə və 29 noyabrda geri çəkildiyi Aqaba şəhərinə növbəti hücuma başlayıb
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail ordusu çoxsaylı texnika və canlı qüvvələrlə Tubas və Aqabaya basqın edərək, şəhər və qəsəbə küçələrində karantin tətbiq edib.
Məlumata görə, bundan sonra ev və iş yerlərinə basqın edənhərbçilər qanunsuz yoxlamalara start verib: "Bəzi evlər isə boşaldılaraq, hərbi qərargaha çevrilib".
Tubas Valiliyindən bildirilib ki, İsrail ordusu artıq həbslərə başlayıb: "İlkin məlumata görə, ötən basqında yüzlərlə fələstinlini yaralayan hərbçilər bu dəfə 20-dən çox yerli sakini saxlayıb. Artıq yaranmış vəziyyətlə bağlı məktəblər də qapadılıb..."
Tahir Şəlvəli
MİA.AZ