ABŞ Prezidenti Donald Tramp Floridadan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Ukraynada dörd ildir davam edən müharibəni bitirmək fürsətlərinin yüksək olduğunu deməklə yanaşı, qonşu Venesuela ilə müharibə ehtmalı haqda sualı cavablandırıb.
Tramp Venesuela Prezidenti Nikolas Maduro ilə telefon danışığı apardığı haqda mediaya sızan xəbəri təsdiqləyib. Lkain o, təfərrüatı açmayacağını bildirib: "Bəli, onunla danışdm. Ancaq söhbətimizin nədən getdiyini açıqlamayacam".
Tramp Venesuelanın hava məkanının niyə bağlandığı ilə bağlı sualı isə beə cavablandırıb: "Biz Venesuelanı dost ölkə hesab etmirik. Ancaq hava məkanının bağlanmasını müharibə ehtimalı ilə bağlı olub-olmadığı haqda ind heç nə deməyəcəm"
Xatırladaq ki, Venesuela Prezidenti Nikolas Maduronun istefa verib Türkiyəyə sığınacağı haqda xəbər yayılıb. İddia olunub ki, ondan belə bir addımı Tramp telefon danışığında edib. Lakin Maduro bunun üçün 18 aylq möhləyt istəyib. Tramp isə razılaşmayıb və ölkənin hava məkanını qapadıb.
Zülfiyyə Mustafayeva
MİA.AZ