İndoneziyada şiddətli yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri ölkədə böyük fəlakət yaradıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, indiyə qədər sel, daşqın və torpaq sürüşmələri nəticəsində 442 nəfər ölüb, 646 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata görə, 400 nəfərdən şox insan isə itkin düşüb: "Əlverişsiz hava şəraiti onların axtarışını həyata keçirməyə imkan vermir..."

İndoneziya Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyindən bildiirlib ki, dağıntı bölgələrinə əlavə canlı qüvvə və texnika göndərilib.

Məlumatda o da deyilir ki, baş verən təbii fəlakət milyonlarla insana və dövlətə böyük zərər vurub.

Tahir Şəlvəli
MİA.AZ