İsrail Müdafiə Nazirliyi yüksək rütbəli zabitlərə yeni qadağa qoyub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qadağaya əsasən, zabitlər bundan sonra "Android" telefonları işlədə bilməyəcəklər.

"Jerusalem Post" yazıb ki, yeni direktivə əsasən, podpolkovnik və daha yüksək rütbəli komandirlər rəsmi ünsiyyətdə yalnız İsrail Müdafiə Qüvvələri tərəfindən verilmiş "Apple iPhone"lardan istifadə edəcəklər: "Ordu rəhbərliyi bunu digər telefonlara kibersızma ehtimalı ilə əlaqələndiriblər"

Samir Musayev
MİA.AZ