Türkiyənin Afyonkarahisar şəhərində sərnişin avtobusu aşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Dinar rayonunda baş verib.

Məlumata görə, sərnişin avtobusunun xəndəyə aşması nəticəsində iki nəfər ölüb, 21 nəfər yaralanıb: "Yaralılar təcili yardımla Afyonkarahisardakı xəstəxanalara aparılıb".

Firudin Səfərli
Mia.az